Elvin Balacanov

Təhsil:

  • 2006 - 2010-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Prezident təqaüdçüsü kimi bakalavr təhsili alaraq təhsilini fərqlənmə diplomu ilə bitirib.
  • 2011 - 2012-ci illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Leeds Universitetində “Beynəlxalq və Avropa İnsan Hüquqları” ixtisası üzrə magistr təhsili alıb.
  • 2014 - 2017-ci illərdə Leeds Universitetində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçüsü kimi hüquq sahəsi üzrə doktorantura (PhD) pilləsində təhsil alıb. “Azərbaycan Respublikasında kibercinayətlərlə mübarizə və bu sahədə Birləşmiş Krallıq təcrübəsi” adlı elmi işini müdafiə edərək fəlsəfə doktoru (PhD) elmi dərəcəsi əldə edib.
  • 2021-ci ilin sentyabr ayından etibarən Bakı Dövlət Universitetinin elmlər doktoru proqramı üzrə doktorantıdır. “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə təhdid yaradan əməllərin kriminallaşdırılması” mövzusu üzrə elmi tədqiqat aparır.


Peşə fəaliyyəti:

  • 2012-2014-cü və 2017-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində çalışıb.
  • 2019-2020-ci illərdə “Cybero - Kibertəhlükəsizlik və proqramlaşdırma üzrə təlim mərkəzində” təlimçi kimi “Kiberhüquq” mövzusu üzrə təlimlər həyata keçirib.
  • 2018-ci ildən etibarən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin ingilis dili bölməsində, habelə kibercinayətkarlığa qarşı mübarizə üzrə digər müvafiq ali təhsil müəssisələrində mühazirəçi-müəllim kimi müxtəlif fənnlərin tədrisini həyata keçirir.
  • 2022-ci ilin iyul ayından etibarən “Cyberpoint” şirkətinin direktor müavini vəzifəsində çalışır.


Kibertəhlükəsizliyin təmin olunması və kibercinayətkarlığa qarşı mübarizə sahələri üzrə bir sıra elmi məqalə və tezislərin müəllifi olmaqla yanaşı adıçəkilən sahələr, habelə kiberhüquq, informasiya təhlükəsizliyi, kiberkriminalistika, kiberkriminologiya və s. sahələr üzrə müxtəlif nüfuzlu təşkilatlar və universitetlər tərəfindən təşkil olunmuş 60-dən çox konfrans, seminar, təlim və proqramlarda iştirak edib. Eyni zamanda, adıçəkilən sahələr üzrə normativ hüquqi akt layihələrinin, o cümlədən proqram, strategiya planların hazırlanmasında yaxından iştirak edir.

Elvin Balacanov

© Bütün hüquqlar qorunur 2022 - 2024