2018 – 2022-ci illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İKT Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) direktoru vəzifəsində çalışıb.
2016 – 2018-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktoru vəzifəsində çalışıb.
2017 – 2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Cisco Şəbəkə Akademiyasının təlimçisi olub.
2010 – 2016-cı illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin baş məsləhətçisi vəzifəsində çalışıb. “Elektron Hökumət üçün Tədris Mərkəzinin yaradılması” layihəsinin kordinatoru, “İT-nin İnkişafı Dövlət Fondu”nun Müşahidə Şurasının katibi, Yüksək Texnologiyalar Parkının yaradılması üzrə işçi qrupun katibi və innovasiyalar üzrə əlaqələndirmə funksiyalarını yerinə yetirib.
2008 – 2010-cu illərdə müxtəlif vaxtlarda Seçkilər Hesablama Mərkəzi və Azərbaycan Futbol Federasiyalar Assosiasiyasında İT mütəxəssis kimi çalışıb.
Təhsil:
2014 - 2015-ci illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Mançester Universitetində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təqaüdçüsü kimi magistr təhsili alıb. “İnformasiya sistemləri və menecment” ixtisası üzrə magistr təhsilini (MSc) fərqlənmə ilə bitirib.
2008 - 2010-cu illərdə Xəzər Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə magistr təhsili (MBA) alıb.
2003 - 2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində informatika və menecment fakültəsinin dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bakalavr təhsili alıb.
Peşə fəaliyyəti:
İT, kibertəhlükəsizlik, elektron hökumət, innovasiyalar, rəqəmsal təhsil və maarifləndirmə sahəsi üzrə 20-dən çox layihə və təşəbbüslərin rəhbəri olub. İdarəetmə üzrə 10 ilə yaxın təcrübəsi var. Beynəlxalq Telekommunikasiya İttifaqının, Böyük Britaniyanın DİODE tədqiqat qrupunun müxtəlif illərdə eksperti və Avropa Birliyinin EU4Digital layihəsinin e-bacarıqlar şəbəkəsinin ölkə üzrə koordinatoru olub. Startaplar, vençur fəaliyyəti, texnoparklar və innovasiya ekosistemi barədə bir sıra məqalə, tədqiqat və hüquqi sənədlərin müəllifidir.
Beynəlxalq “Project Management Professional” sertifikatı ilə layihə idarə edilməsi və “ISO/27001 information security systems lead audit” sertifikatı ilə informasiya təhlükəsiziliyinin auditi üzrə ixtisaslaşmışdır.
Böyük Britaniya məzunlarının mükafatının (UK Alumni Award) 2022-ci ildə qalibi olub və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 2013 və 2017-ci illərdə fəxri fərmanına layiq görülüb.
FİFA Beynəlxalq dərəcəli futbol hakimi olaraq, 2009-cu ildən etibarən Azərbaycan yüksək liqasının və beynəlxalq yarışların 200-dən çox futbol oyunlarını idarə edib.