07.05.2025
Görüş zamanı tərəflər arasında kibertəhlükəsizlik sahəsindəki yerli məhsul və xidmətlər üzrə ehtiyacların və boşluqların öyrənilməsi istiqamətində birgə əməkdaşlıq, kibertəhlükəsizlik üzrə yerli layihələrin birgə dəstəklənməsi imkanları, ekosistemdə fəaliyyət göstərən təşkilat və qurumlarla əlaqələrin dərinləşdirilməsi kimi məsələlər müzakirə edilib. Agentliyin sədri Fərid Osmanov, sədr müavini Şahin Əliyev, AKTA İdarə Heyətinin sədri Pənah Musayev, icraçı direktoru Rauf Cabarov və digər iştirakçılar mövzu ətrafında çıxış ediblər.
Hər iki qurum gələcəkdə sadalanan mövzular eləcə də, digər istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi, birgə işçi qrupunun yaradılması və əməkdaşlıq əlaqələrinin rəsmiləşdirilməsi barədə razılığa gəliblər.
Görüşdə həmçinin agentliyin əlaqəli departament rəhbərləri, AKTA-nın İdarə Heyətinin üzvləri, “Həllər, Texnologiya və İnnovasiya” komitəsinin aparıcı üzvləri, İT və kibertəhlükəsizlik şirkətlərinin rəhbərləri iştirak edib.